Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycan Prezidenti: “Qazaxıstanla münasibətlər çox müsbət istiqamətdə inkişaf edir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının yeni fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun etimadnaməsini qəbul edib.

Dərc edilib: 14 oktyabr 2019 [14:38]
Baxış sayı: 1238

“Bildiyiniz kimi, ölkələrimiz arasında münasibətlər çox müsbət istiqamətdə inkişaf edir.

Azərbaycan ilə Qazaxıstan arasında müasir münasibətlərin əsası ölkələrimizin böyük liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulub. Hələ sovet dönəmində onların şəxsi dostluğu və müstəqillik illərində bir-birini qarşılıqlı dəstəkləməsi bizim münasibətlərin təməli olub və bu münasibətlər strateji səviyyəyə çatıb. Son 16 ildə Nursultan Abişeviçlə biz münasibətlərimizi daha da irəlilətmişik, dövlət başçıları səviyyəsində bir neçə səfər olub. Yadımdadır, 2004-cü ildə yeni seçilmiş Prezident kimi mənim ilk rəsmi səfərlərimdən biri, daha dəqiq desəm, sayca üçüncü rəsmi səfərim Qazaxıstana oldu. Bu, bizim münasibətlərin xarakterini vurğulayırdı. Oktyabr ayı yüksək səviyyədə görüşlər baxımından çox məhsuldar olub. Bu ay ərzində mən Prezident Tokayevlə iki dəfə - “Valday” forumunda və MDB sammitində görüşmüşəm. Bu baxımdan bizim ilk əlaqələrimiz də çox ümidvericidir. Prezident Tokayevlə bir-birimizi çoxdan tanıyırıq və həm Azərbaycanda, həm də Qazaxıstanda müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşük. Bu gün biz çox şadıq ki, Nursultan Abişeviç Nazarbayev bizə səfərə gələcək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında bu mühüm təşkilatın rəhbəri kimi iştirak edəcək”.

İnterpress.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının yeni fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun etimadnaməsini qəbul edərkən deyib.

“Bizim münasibətlərimiz zamanın sınağından çıxıb, həyatın demək olar ki, bütün sahələrini – iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələri əhatə edir. Buna görə də əminəm ki, münasibətlərimizin inkişaf perspektivləri çox müsbət olacaq. Biz bundan sonra da beynəlxalq arenada bir-birimizi dəstəkləyəcək, ikitərəfli formatda müştərək layihələri həyata keçirəcəyik. Əlbəttə ki, Azərbaycanda işiniz çox olacaq. Münasibətlərimizin gündəliyi yetərincə zəngindir. Buna görə də sizə uğurlar arzu edirəm. Əminəm ki, Azərbaycanda özünüzü evinizdəki kimi hiss edəcəksiniz”, - deyə, dövlət başçısı vurğulayıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201