Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıbbackend

Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 31 yaşlı rusiyalı idmançı “Netcast Zone”yə müsahibəsində həmin şəxsin böyük ehtimalla, amerikalı Toni Ferqyuson olacağını bildirib.

Nurməhəmmədov ötən ay Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.