Elton Condan inanılmaz iddia: Maykl Cekson həqiqətən ruhi xəstə idibackend

Elton Condan inanılmaz iddia: Maykl Cekson həqiqətən ruhi xəstə idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngilis müğənninin tərcümeyi-halı bu gün satışa çıxarılacaq. Kitabdan bəzi sitatlar artıq müzakirə predmetinə çevrilib.

İnterpress.az xəbər verir ki, Elton musiqi dünyasının pop kralı Maykl Cekson haqqında bəzi sirlərin üstünü açıb.

Con, Mayklın karyerasının başlanğıcında aralarında etibarlı dostluq münasibətlərinin olduğunu etiraf edib.

“Mən Mayklı 13-14 yaşlarından tanıyırdım. Təsəvvür edildiyi kimi o, ən yaxşı uşaq idi. Ancaq bir anda, Elvis Preslinin etdiyi kimi, özünü dünyadan və reallıqdan təcrid etməyə başladı”, – deyə Con bioqrafiyasında yazıb.

Elton eyni zamanda kitabında ona qəribə görünən epizodlardan birini də xatırlayıb:

“Bir dəfə Mayklı bir ailə məclisinə dəvət etdik, bir anda Cekson yox oldu və bir müddət sonra bir ev işçisinin oğlu ilə oynayaraq tapıldı”.

Elton iddia edir ki, Maykl nədənsə böyüklərin yığıncağında qala bilməyib.

“Allah bilir onun başında nələr var və ona hansı dərmanlar vurulurdu. Ancaq son illərdə onu hər dəfə görəndə, Mayklın başının tamamilə itirdiyini anladım. Sözün ən doğru mənasında. Həqiqətən ruhi xəstə idi və onun yanında olmaq xoşagəlməz idi”, – deyə Con fikirlərini bölüşüb.

Qeyd edək ki, bir müddət əvvəl Makoley Kalkinin kiçik qardaşı Maykl Ceksonun pedofiliya ilə bağlı ittihamlarına münasibət bildirmişdi.

Bu mövzu “Neverlandı tərk etmək” sənədli filmində daha qabarıq şəkildə təqdim edilib. Qardaşı Makoley ilə birlikdə gənc yaşlarından Ceksonla kifayət qədər yaxın münasibətdə olan Kiran Kalkin etiraf edib ki, bu vəziyyətdə edə biləcəyi ən yaxşı şey səssiz qalmaqdır.

Elton Condan inanılmaz iddia: Maykl Cekson həqiqətən ruhi xəstə idi