Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda 24 yaşlı gənci qatar vurdu

Kürdəmir sakinini qatar vurub.

Dərc edilib: 15 oktyabr 2019 [14:12]
Baxış sayı: 1600

İnterpress.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Şəmiyev Mirzə Talıb oğlu dəmir yolunu keçmək istəyərkən ehtiyatsızlıq edib və qatar onu vurub.Yaralı ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisə şahidləri bildirib ki, yaralı danışma və eşitmə əngəllidir.

Faktla bağlı araşdırma aparılır.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201