Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Cənubi Koreya sürücüsüz və uçan avtomobillər istehsal edəcək

Cənubi Koreya hökuməti yeni tip nəqliyyat vasitələrinin hazırlanaraq tətbiqi, əvvəl nəzərdə tutulandan daha tez satışa buraxılması üçün yaxın 10 ildə 60 trilyon von – 50 milyard ABŞ dolları sərf etmək niyyətindədir.

Dərc edilib: 15 oktyabr 2019 [15:36]
Baxış sayı: 1383

İnterpress.az  “Yonhap”a istinadən xəbər verir ki, bu barədə açıqlama verən ölkə prezidenti Mun Ce-in ilk sürücüsüz avtomobilləri 2024-cü ildə təqdim edəcəklərini, 2027-ci ildən isə satışa çıxaracaqlarını bildirib.

Halbuki daha əvvəl bu cür avtomobilləri 2030-cu ildən satışa buraxmaq nəzərdə tutulurdu. Müvafiq texnologiyalar və infrastrukturun yaradılmasına da 1,85 milyard dollar ayırmaq nəzərdə tutulur.

Dövlət başçısı həmçinin 2030-cu ilədək elektrik və hidrogenium mühərrikli avtomobillərin xüsusi çəkisini indiki 2,6 faizdən üçdə birə çatdırmağı, təşviq tədbirləri olaraq da alıcılar üçün kredit məbləğini artırmağı və hidrogeniumun qiymətini ikiqat azaltmağı hədəflədiklərini bildirib. Həmçinin 2030-cu ilədək elektrik avtomobillər üçün cərəyandoldurma məntəqələrini 15 minə, hidrogeniumlu avtomobillər üçün doldurma məntəqələri də indiki 31-dən 660-a çatdırmaq nəzərdə tutulur.

Uçan avtomobillərə gəlincə, onların istismar qaydaları 2023-cü ilədək hazırlanacaq, 2025-ci ilədək də belə nəqliyyat vasitələri satışa çıxarılacaq.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201