Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycan Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazandı

Azərbaycan 2020-ci ildə keçiriləcək Tokio Paralimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb.

Dərc edilib: 15 oktyabr 2019 [15:46]
Baxış sayı: 1875

İnterress.az  xəbər verir ki, Avstraliyanın Sidney şəhərində keçirilən para atıcılıq üzrə dünya çempionatında iştirak edən Kamran Zeynalov növbəti lisenziyanı əldə edib.

Paralimpiyaçımız 50 metr məsafəyə güllə atıcılığında göstərdiyi nəticəyə görə ilk 15 idmanıçı sırasına düşüb və bununla da o, gələn il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak etmək hüququ əldə edib.

Qeyd edək ki, bu, Azərbaycanın Paralimpiya Oyunlarına lisenziyanı rəsmiləşdirən dördüncü idmançısıdır. Bundan öncə paraatıcıqda Yelena Taranova, parapauerliftinqdə Elşən Hüseynov və paraüzgüçülükdə Roman Saley lisenziya qazanıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201