Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Sabah bu rayonlarda qaz olmayacaq

Oktyabrın 16-da saat 09:00-dan Qaz İxrac İdarəsi “Sulutəpə” Qaz Paylayıcı Stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparmağı planlaşdırır.

Dərc edilib: 15 oktyabr 2019 [20:25]
Baxış sayı: 1495

Oktyabrın 16-da saat 09:00-dan Qaz İxrac İdarəsi “Sulutəpə” Qaz Paylayıcı Stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparmağı planlaşdırır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bu müddət ərzində Binəqədi rayonunun Biləcəri, Xocəsən qəsəbələrində, Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilə yaranacaq.

Bundan başqa saat 10:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Pirşağı, Nardaran, Bilgəh qəsəbələri və 2-ci sovxaz yaşayış massivində də qaz təchizatında müvəqqəti dayandırmalar olacaq. Həmin vaxt diametri 530 mm olan “Digah-Bilgəh” orta təzyiqli qaz xəttinin bir hissəsi diametri 500 mm olan polietilen kəmərlə əvəz olunacaq.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201