Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



NASA Aya və Marsa uçuşlar üçün skafandrlar təqdim etdi - VİDEO

NASA oktyabrın 15-də Aya və Marsa uçuşlar üçün istifadə ediləcək iki skafandr təqdim edib. 

Dərc edilib: 16 oktyabr 2019 [10:08]
Baxış sayı: 1686

Yeni skafandrların nümayişi agentliyin Vaşinqtonda yerləşən mənzil-qərargahında baş tutub.

Qurumun rəhbəri Cim Brandenstayn bildirib ki, ayın səthində hərəkət etmək üçün nəzərdə tutulmuş  hazırki skafandr ““Apollon” proqramı ilə müqayisədə irəliyə doğru böyük addımdır”.

“Apollon nəsilini yada salsaq, Nil Armstronq və Edvin Oldrin Ayın səthində tullanırdılar, indi isə biz Ayın səthində həqiqətən yeriyə bilərik”, - Braydenstayn deyib.

Yeni skafandr əvvəllər astronavtların şikayət etdikləri ilgək və kabellərlə təchiz olunmayıb. O, həmçinin radiasiya və ay tozundan daha yaxşı qoruyur.

Skafandr Ayın səthində səkkiz saat gəzməyə imkan verir. Eyni zamanda,  skafandrın biri astronavtı gəminin içərisində qorumaq, ikincisi isə Ayın səthinə çıxmaq üçün nəzərdə tutulub.

Təqdim edilən skafandrlar  Ay proqramı üçün nəzərdə tutulub. Gələcəkdə Marsa uçuş zamanı isə cüzi modifikasiyalarla analoji kostyumlardan istifadə olunacaq.

Xatırladaq ki, ABŞ 2024-cü ildə Aya enməni həyata keçirməyi və astronavtları təxminən 2030-cu illərin ortalarında Marsa göndərməyi planlaşdırır. Amerikanın yeni Ay proqramına “Artemida” adı verilib.








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201