Ermənistanda atışma olub, polis əməkdaşı öldürülübbackend

Ermənistanda atışma olub, polis əməkdaşı öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Polisinin (Daxili İşlər Nazirliyi) Mətbuat xidməti yayıb.

Yerevanın Arabkir rayonunun Dövlət Mühafizə İdarəsinin əməkdaşı gecə növbəsi zamanı “Pobeda” parkında iki şübhəli kişini görüb. Onlar Polis Patrul Xidməti avtomobilini görən kimi qaçıblar. Polis əməkdaşları onları tutmaq istəyərkən qarşı tərəf müqavimət göstərib. Onlardan biri polis əməkdaşının tabel silahını əlindən alaraq atəş açıb, nəticədə yaralanan Tiqran Arakelyan hadisə yerində ölüb.

Həmin şəxslər hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.