Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanın 7 universiteti Avropa və Mərkəzi Asiyanın ən yaxşı universitetləri sırasına daxil olub

Bakı Dövlət Universiteti inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya ölkələrinin ən yaxşı universitetləri arasında 142-ci yeri tutub.

Dərc edilib: 16 oktyabr 2019 [11:46]
Baxış sayı: 1296

Bakı Dövlət Universiteti inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya ölkələrinin ən yaxşı universitetləri arasında 142-ci yeri tutub.

İnterpress.az xəbər verir ki, bunu Britaniyanın QS agentliyi tərəfindən dərc olunan universitetlərin reytinqindən (QS EECA) görmək olar.

Bununla yanaşı, reytinqdə Xəzər Universiteti (161-170-ci yer), Azərbaycan Dövlət İqtisad Universiteti (181-190), Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA Universiteti, Azərbaycan Dillər Universiteti (201-205), Bakı Slavyan Universiteti (251-300) yer alıb.

Regional sıralamada ilk iki yeri M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Novosibirsk Dövlət Universiteti tutub. Üçüncü yeri Sankt-Peterburq Dövlət Universiteti və Karlov Universiteti (Praqa) bölüşüb.

Reytinq siyahısına bölgədəki 2900-dən çox universitetdən ən yaxşı 350-si daxil edilib.

QS EECA reytinqi ali təhsil müəssisələrinin fəaliyyətini akademik nüfuz; işəgötürənlər arasında nüfuz; tələbə sayının professor-müəllim heyətinin sayına nisbəti; elmi dərəcəsi olan işçilərin, digər ölkələrdən dəvət olunmuş müəllimlərin, əcnəbi tələbələrin payları; internet-resursların səmərəliliyi; bir işçiyə düşən dərc olunmuş məqalələrin sayı; universitet alimlərinin elmi məqalələrindən sitat gətirilmə kimi meyarlar əsasında qiymətləndirib.

Azərbaycanın 7 universiteti Avropa və Mərkəzi Asiyanın ən yaxşı universitetləri sırasına daxil olub






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201