“Qarabağ” – APOEL oyununun biletləri sabah satışa çıxarılacaqbackend

“Qarabağ” – APOEL oyununun biletləri sabah satışa çıxarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 manat olan biletləri 12:00-dan etibarən almaq mümkün olacaq.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iticket satış məntəqəsi), “Park Bulvar AVM” (iticket satış məntəqəsi) ASAN 2, 3 (Yasamal, Amay t/m) və iticket.az saytından onlayn şəkildə almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək \”Qarabağ\” – APOEL matçı saat 20:55-də başlayacaq.