Səbaildə dənizə düşən şəxsin meyiti çıxarıldıbackend

Səbaildə dənizə düşən şəxsin meyiti çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Səbail rayonu ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Su Nəqliyyatında polis idarəsinin əməkdaşları tərəfindən suya düşən şəxsin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Ölmüş adamın şəxsiyyəti dəqiqləşdirilir.