PKK İŞİD-dən daha təhlükəlidir – Donald Trampbackend

PKK İŞİD-dən daha təhlükəlidir – Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TASS xəbər verir ki, prezidenti D.Tramp Ağ Evdə İtaliya Prezidenti Serdjo Matarella ilə görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, PKK terror təşkilatı İŞİD-lə müqayisədə daha təhlükəlidir.

“Bildiyiniz kimi kürd silahlı qüvvələrini təmsil edən PKK terror təhlükəsi baxımından bəlkə də İŞİD terrorçularından daha qorxuludur. Onları nəzarətdə saxlamağın çox çətin olduğunu düşünürəm”, – deyə Tramp bildirib.

ABŞ dövlət başçısı həmçinin qeyd edib ki, İŞİD ona görə PKK-ya hörmət edir ki, onlar daha güclü və təhlükəlidir:

“Bu barədə heç kim danışmaq istəmir, amma deməliyəm ki, hər kəs kürdləri mələk hesab edir, lakin biz PKK-ya xeyli pul ödəmişik ki, bizim tərəfimizdə vuruşsunlar”.