Bakıda gəlin və anasının öldürüldüyü dəhşətli qətlin – DETALLARIbackend

Bakıda gəlin və anasının öldürüldüyü dəhşətli qətlin – DETALLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər gün içib evə gəlirdi, bacıma hədə-qorxu gəlirdi”.

Lent.az xəbər verir ki, bu sözləri mərhum Təranə İsmayılovanın qardaşı Rahib İsmayılov deyib.

Rahib İsmayılov bacısının cinayəti törədən şəxslə evliliyinin heç bir il çəkmədiyini bildirdi:

“Bacım onunla heç bir il deyildi ki, evli idi. Vaqif evsiz, işsiz bir adamdır. Biz Qərbi azərbaycanlıyıq, onlar əslən Bərdə rayonundandır. Həyətdə iki otaqlı iki evim var. Birini kirayə verirdim. Bacımgilin evləri yox idi deyə, dedim yazıqdırlar, gəlib qalsınlar. Nə biləydik belə olacağını?! Vaqifin hər gün içib evə gəldiyini öyrənəndə isə onu evdən qovdum.

Son vaxtlar burada bizimlə yaşamırdı. Arabir bacıma hədə-qorxu gəlirmiş ki, barışsınlar. Dünən də mən evdə olmamışam. Gəlib bacımı da öldürüb, anamı da. Bundan ürəyi soyumayıb, meyitləri də yandırıb. Səs-küyə eyni həyətdə qalan bibimgil gəlib”.

Bu sözləri deyib bitirdikdən sonra Rahib İsmayılov əlini üzünə tutaraq ağlamağa başladı:

“Hələ dəfn edilməyiblər, hazırda məsciddə yuyulur”.

Qardaşın dediyinə görə, hələlik kürəkən tərəfin ailəsindən heç kim onlara gəlməyib.

Xatırladaq ki, hadisə dünən axşam Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində baş verib. 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı – 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.

Daha sonra Vaqif Hüseynov 85 yaşlı bibisini-qayınanasını bıçaqlayıb. Qətli törədən şəxs hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özünü isə qaçarkən Azaqdlıq prospektində avtobus vurub. Vaqif Hüseynov 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.