Bakıda iki avtomobil toqquşub, ölən varbackend

Bakıda iki avtomobil toqquşub, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 16-da saat 5 radələrində Nəsimi rayonunun H.Ələsgərova küçəsində Bakı şəhər sakini R.Şərifovun idarə etdiyi “Opel” və İmişli rayon sakini N.Bağırovun idarə etdiyi “TOFAŞ” markalı avtomobillər toqquşub.

Nəticədə N.Bağırovun sərnişinlərindən Astara rayon sakini Əli Səmədullazadə hadisə yerində ölüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.