“Barselona” “El-Klasiko”nun yerinin dəyişdirilməsinə qarşı çıxıbbackend

“Barselona” “El-Klasiko”nun yerinin dəyişdirilməsinə qarşı çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Kataloniya klubu X turun görüşünün Madriddə keçirilməsi təklifi ilə razılaşmayıb.

Klub rəhbərliyi məsələ ilə bağlı mövqeyini İspaniya Futbol Federasiyasına da bildirib. “Barselona” görüşün tarixinin dəyişdirilməsinin əleyhinə deyil. Kataloniyalılar ev matçının dekabrın 18-də baş tutmasına razıdırlar.

Qeyd edək ki, La Liqa rəhbərliyi I və II dövrədəki oyunların yerinin dəyişdirilməsini təklifini irəli sürüb. Qurum oktyabrın 26-dakı görüşün Barselonada deyil, Madriddə, II dövrə matçının Kataloniya paytaxtında baş tutmasını təklif edib. Buna Barselonadakı iğtişaşlar səbəb olub.