“El-Klassiko” Barselonadakı çaxnaşmalara görə təxirə salındıbackend

“El-Klassiko” Barselonadakı çaxnaşmalara görə təxirə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya La Liqasında X turun “Barselona” – “Real Madrid” matçı təxirə salınıb.

“Cadena Ser” xəbər verir ki, Kataloniyanın paytaxtındakı etiraz və çaxnaşmalar səbəbindən oyun oktyabrın 26-dan dekabrın 18-nə keçirilib.

Bu barədə qərarı ötən axşam yarışların keçirilməsi üzrə komitə qəbul edib. Görüşün başlama saatı yaxın vaxtlarda müəyyənləşəcək.

Daha əvvəl klublar ev-qonaq oyunlarının yerdəyişməsi haqda razılığa gələ bilməyiblər.

Hazırda “Real\” 18 xalla turnir cədvəlində 1-ci yeri tutur, “Barselona” isə 16 xalla 2-ci pillədədir.