Uruqvaylı futbolçu narkotikdən istifadəyə görə 2 illik cəzalanıbbackend

Uruqvaylı futbolçu narkotikdən istifadəyə görə 2 illik cəzalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın “San Paulu” komandasının futbolçusu Qonsalo Karneyro narkotikdən istifadəyə görə 2 il müddətinə diskvalifikasiya olunub.

İnterpress.az “Globo Esporte” portalına istinadən xəbər verir ki, bu barədə qərar Braziliyanın idman-antidopinq məhkəməsi tərəfindən qəbul olunub. Cəza müddəti 16 mart 2019-cu il tarixindən hesablanacaq.

24 yaşlı uruqvaylı hücumçunun vəkili Biçaru Netu cəzanın çox ağır olduğunu və qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.