Aleks Ferqyuson bir saat qarşılığında oyun satmaqda ittiham olunurbackend

Aleks Ferqyuson bir saat qarşılığında oyun satmaqda ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol agenti Cüzeppe Palyara İngiltərənin “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Aleks Ferqyusonla bağlı ciddi ittihamlar səsləndirib.

İnterpress.az-ın məlumatına görə, istintaqa cəlb olunan italiyalı agent böyük britaniyalının adı ilə bağlı qalmaqallı açıqlamalar verib.

O bildirib ki, A.Ferqyusona Çempionlar Liqasının oyununu “vermək” üçün rüşvət təklif edib. C.Palyara danışılmış oyun qarşılığında baş məşqçiyə “Roleks” firmasının 30 min funt sterlinq dəyərində saatını bağışlayıb.

İtaliyalı mütəxəssisin həm özü, həm agentlərin transferlərdən qazanc əldə etmək üçün müxtəlif sxemlərdən yararlandığını da açıqlayıb.

Qeyd edək ki, A.Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub.