Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Kataloniyada yeni etiraz aksiyaları keçirilib, xəsarət alanlar var

Ötən gün Kataloniyada müstəqillik tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı azı 182 nəfər xəsarət alıb.

Dərc edilib: 19 oktyabr 2019 [14:18]
Baxış sayı: 3322

Ötən gün Kataloniyada müstəqillik tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı azı 182 nəfər xəsarət alıb.

İnterpress.az yerli KİV-ə istinadən xəbər verir ki, bunların 152 nəfəri Barselonanın payına düşür.

Ötən gün ümumi tətil elan edildiyi Kataloniyanın müxtəlif şəhərlərində, xüsusilə də paytaxt Barselonada kütləvi mitinqlər keçirilib. Barselona şəhər polis idarəsi qarşısındakı etiraz aksiyası zamanı nümayiçşçilərlə polis arasında qarşıdurma baş verib. Nümayişçilərə qarşı bibər qazı tətbiq edən polis hadisələr başlayandan ilk dəfə olaraq su şırnaqlarından da istifadə edib.

İlkin məlumata görə, ötən gün azı 52 nəfər saxlanılıb.

Xatırladaq ki, İspaniya Ali Məhkəməsi 2017-ci ildə Kataloniyanın müstəqilliyinə dair referendum keçirilməsinə görə muxtariyyatın keçmiş 9 rəsmi şəxs barəsində 9-13 il həbs cəzası barədə hökm verdiyindən sonra oktyabrın 14-dən regionda silsilə etiraz aksiyaları keçirilir.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201