Əlyazmaları İŞİD-dən qaçıran cəsur keşişbackend

Əlyazmaları İŞİD-dən qaçıran cəsur keşiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Mosulda yerləşən Müqəddəs Yekaterina monastrının keşişi ötən ilin yayında, şəhər terrorçuların əlinə keçməmişdən əvvəl tarixi sənədləri çıxarda bilib.

Əslən iraqlı olan Nəcib ABŞ-da təhsil alıb və 1990-cı ildə qədim Şərq xristian əlyazmalarının toplanması, araşdırılması və bərpasıyla məşğul olan mərkəz yaradıb. Uzun illər ərzində Mikayıl 750 xristian əlyazmasını toplaya bilib.

Katolik kilsəsinin Dominikan qolunun kişi monastrı 1750-ci ildə Mosulda tikilib. Monastr indiyə qədər böyük kitabxana toplaya bilib. 2014-cü ilin iyununda İŞİD Mosulu tutandan sonra şəhərin xristian əhalisi oranı tərk etməyə başlayıb.

Keşiş Mikayıl 14-19-cu əsrlərə aid 1300 əlyazmanı iki yük maşınına qoyaraq səhər tezdən Mosulu tərk edib və kürdlərin nəzarətində olan Ərbilə aparıb.

İnterpress.az