ABŞ Suriyadakı aviabazasını bombalayıbbackend

ABŞ Suriyadakı aviabazasını bombalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hərbçiləri Suriyadakı özlərinə məxsus aviabazanı ölkədən çıxmaq üçün keçirilən əməliyyat zamanı məhv ediblər. Bu barədə SANA məlumat yayıb.

Hərbi nəqliyyat təyyarələri və helikopterlər üçün nəzərdə tutulmuş Əl-Kulayb bazasının bombalandığı bildirilir.

Agentliyin məlumatına görə, daha əvvəl ABŞ hərbçiləri Tel-Tamr – Qamışlı şossesinin yaxınlığındakı Kasraq kəndindəki obyektlərini minalamışdılar.

Qeyd edək ki, ABŞ-ın hava və quru yolu ilə minə yaxın əsgəri Suriyadan İraqa köçürəcəyi və orada “İslam dövləti” terror təşkilatının qüvvələri ilə mübarizəni davam etdirəcəyi bildirilir. Bütün köçürmə prosesi bir neçə həftə çəkəcək.