“Beşiktaş”ın yeni prezidenti müəyyənləşdibackend

“Beşiktaş”ın yeni prezidenti müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ahmet Nur Çəbi İstanbul təmsilçisinin yeni prezidenti seçilib.

60 yaşlı Trabzon doğumlu Ahmet Nur Çəbi 5009 səs toplamaqla “Beşiktaş”ın 34-cü prezidenti olub. O, qarşıdakı 2,5 il ərzində klubun rəhbəri vəzifəsini icra edəcək.

Qeyd edək ki, klubun bundan əvvəlki prezidenti Fikrət Orman idi. 2012-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Orman bu ay klubun nəticələrinin uğursuz olması səbəbindən istefa verib.