İsveçrənin məşhur bankı Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırırbackend

İsveçrənin məşhur bankı Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrənin \”Hyposwiss Private Bank Geneva SA\” şirkəti Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırır.

İnterpress.az xəbər verir ki, bu barədə İsveçrə-Azərbaycan biznes forumunda şirkətin icraçı direktoru Aleksey Strunilin deyib.

O bildirib ki, sözügedən bank 1899-cu ildə İsveçrədə təsis edilib: \”Bu Bank Şərqi Avropada və Qafqaz regionunda geniş fəaliyyət göstərir. Məqsədimiz Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırmaqdır\”.

O əlavə edib ki, şirkət öz müştərilərinə maliyyə xidmətləri, hüquqi məsləhət və kapital menecmenti sahəsində yardım göstərir.