Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 milyon manatlıq minik avtomobili alırbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 milyon manatlıq minik avtomobili alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Azərmaş” MMC-dən 391 ədəd “Khazar LX” markalı minik avtomobili alacaq.

İnterpress.az xəbər verir ki, nazirlik buna görə 4 771 764 manat ödəniş edəcək.

Bundan başqa, qurum “Naxçıvan Avtomobil Zavodu” MMC-dən 20 ədəd “NAZ Lifan” markalı minik avtomovil alacaq. Bu maşınlar isə nazirliyə 228 000 manata başa gələcək.

Ümumilikdə 411 nəqliyyat vasitəsinə görə 4 999 764 manat ödəniləcək.