“Bakı Metropoliteni” Rusiyadan yeni vaqonların alınmasına dair müqavilə imzalayıbbackend

“Bakı Metropoliteni” Rusiyadan yeni vaqonların alınmasına dair müqavilə imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada \”Bakı Metropoliteni\” QSC Rusiyanın ”Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC ilə müqavilə imzalayıb.

OnlinePress.az-ın verdiyi xəbərə görə, müqaviləni Azərbaycan tərəfdən \”Bakı Metropoliteni\” QSC-nin sədri Zaur Hüseynov, Rusiya tərəfindən isə \”Metrovaqonmaş\” ASC-nin baş direktoru Boris Boqatıryov imzalayıb.

Müqaviləyə əsasən, \”Bakı Metropoliteni\” QSC-yə 765 seriyalı innovativ üstünlüklərə malik olan metro vaqonlarının tədarükünü nəzərdə tutur.

Qeyd edək ki, 2019-cu ildə \”Bakı Metropoliteni\” “Metrovaqonmaş” ASC-dən 30 yeni vaqon yaxud 6 qatar alıb. Sovet dövründə Bakı metropoliteninin yeganə vaqon təminatçısı olan “Metrovaqonmaş” şirkəti 2015-ci ilin aprel ayında “Transmaşholdinq” QSC-nin bloklayıcı paketinin sahibi Fransanın “Alstom” şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakı metropolitenini texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub və hər biri 5 vaqondan ibarət 81-760.B/761.B/763.B modelli 3 yeni qatarla təchiz etmişdi.

"Bakı Metropoliteni" Rusiyadan yeni vaqonların alınmasına dair müqavilə imzalayıb