Tryudonun Liberal partiyası Kanadadakı seçkilərdə qalib gəlirbackend

Tryudonun Liberal partiyası Kanadadakı seçkilərdə qalib gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Castin Tryudonun Liberal partiyası Kanadada keçirilən parlament seçkilərində qalib gəlir.

“RİA Novosti” xəbər verir ki, bunu Kanada MSK-sının ilkin məlumatları göstərir.

Liberallara 37,5% seçici səs verib, onların əsas rəqibləri Mühafizəkarlar Partiyası 31,1% səs toplayıb.

Beləliklə, liberallar parlamentın aşağı palatası İcmalar Palatasında 338 mandatdan 137-ni əldə ediblər.

Onların əsas rəqibi Mühafizəkarlar Partiyası isə seçkilərdə 99 mandat qazanıb.

Qeyd edək ki, 2015-ci ilin seçkilərində liberallar daha çox səs toplaya bilmişdilər – 39,5%.