“Qalatasaray” “Real”a, “Yuventus” “Lokomotiv”ə qarşıbackend

“Qalatasaray” “Real”a, “Yuventus” “Lokomotiv”ə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.

İnterpress.az xəbər verir ki, A, B, C və D qruplarında I dövrənin son matçları keçiriləcək.

A qrupunda Türkiyə çempionu “Qalatasaray” turnirin ən titullu klubu “Real”ı qəbul edəcək. Bu matç hesabında hələ qələbə olmayan rəqiblərin hər ikisi üçün çox vacibdir. Qrupun lideri PSJ isə Belçikada “Brüj”ün qonağı olacaq.

B qrupunun lideri “Bayern” “Olimpiakos”la üz-üzə gələcək. Bu qrupun digər oyununda İngiltərədə işləri yolunda getməyən “Totenhem” “Srvena Zvezda” ilə qarşılaşacaq.

“Mançester Siti” lideri olduğu C qrupunun autsayderi “Atalanta”nı sınağa çəkəcək. II yerin şərikləri “Şaxtyor”la “Dinamo” öz aralarında münasibətlərini aydınlaşdıracaq.

D qrupunda “Yuventus”la “Atletiko” ev oyunlarına çıxacaq. Onlar müvafiq olaraq “Lokomotiv” və “Bayer”lə görüşəcək.

A qrupu 

23:00 “Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya)
23:00 “Brüj” (Belçika) – PSJ (Fransa)

1. PSJ 6
2. Brüj 2
3. Qalatasaray 1
4. Real 1

B qrupu

23:00 “Totenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya)
23:00 “Olimpiakos” (Yunanıstan) – “Bayern” (Almaniya)

1. Bayern 6
2. Srvena Zvezda 3
3. Olimpiakos 1
4. Totenhem 1

C qrupu

20:55 “Şaxtyor” (Ukrayna) – “Dinamo” (Xorvatiya)
23:00 “Mançester Siti” (İngiltərə) – “Atalanta” (İtaliya)

1. Mançester Siti 6
2. Dinamo 3
3. Şaxtyor 3
4. Atalanta 0

D qrupu

20:55 “Atletiko” (İspaniya) – “Bayer” (Almaniya)
23:00 “Yuventus” (İtaliya) – “Lokomotiv” (Rusiya)

1. Yuventus 4
2. Atletiko 4
3. Lokomotiv 3
4. Bayer 0