Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Boliviyada prezident seçkiləri ilə əlaqədar iğtişaşlar başlayıb

Boliviyanın bir sıra şəhərlərində hökumətin prezident seçkilərində saxtakarlığa yol verdiyini iddia edənlərin etirazları zamanı iğtişaşlar yaşanıb.

Dərc edilib: 22 oktyabr 2019 [12:20]
Baxış sayı: 1245

Boliviyanın bir sıra şəhərlərində hökumətin prezident seçkilərində saxtakarlığa yol verdiyini iddia edənlərin etirazları zamanı iğtişaşlar yaşanıb.

İnterpress.az "İnterfaks"a istinadən xəbər verir ki, La Pas, Riberalta, Yakuiba, Pando və Tarixa şəhərlərində yanğınlar törədilib, talan və vandalizm aktları qeydə alınıb.

Etirazçılar Riberaltda hətta Venesuelanın keçmiş prezidenti Uqo Çavesin abidəsini yerə aşırıb, Tarixada isə seçki komissiyasının materiallarını yandırıblar. La Pasda qarşıdurmalar nəticəsində San Andres Universitetinin rektoru Valdo Albarrasin başından yaralanıb və xəstəxanaya yerləşdirilib.

İğtişaşlar Seçki Komissiyasının bütün bülletenləri saymadan seçkilərin ikinci mərhələsinə ehtiyac olmayacağını elan etməsindən sonra başlayıb.

Hazırda səslərin 95,3%-i hesablanıb, Sosializm Hərəkatından olan ölkənin hazırkı prezidenti Evo Morales səslərin 46,86%-ni toplamaqla hamını qabaqlayır. Onun əsas rəqibi olan Vətəndaş Cəmiyyəti Partiyasının namizədi, Boliviyanın keçmiş prezidenti Karlos Mesa 36,72% səslə ikinci yerdədir.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201