Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Qarabağ" - APOEL matçına 25 min bilet satılıb

“Qarabağ”ın  Bakıda Kipr APOEL-inə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün indiyədək satılan biletlərin sayı açıqlanıb. 

Dərc edilib: 22 oktyabr 2019 [17:31]
Baxış sayı: 1694

“Qarabağ”ın  Bakıda Kipr APOEL-inə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün indiyədək satılan biletlərin sayı açıqlanıb. 

İnterpress.az Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 25 min bilet sahibini tapıb. 

Matç üçün ən ucuz bilet 2 manatadır. Satışda 5 manat, 10 manat, 15 manat, 50 manat və VİP sektor üçün 70 manata biletlər də var.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iticket satış məntəqəsi), “Park Bulvar AVM” (iticket satış məntəqəsi) ASAN 2, 3 (Yasamal, Amay t/m) və iTicket.az saytından onlayn şəkildə almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201