“Qalatasaray” uduzdu, PSJ, “Tottenhem” və “Mançester Siti”dən darmadağınbackend

“Qalatasaray” uduzdu, PSJ, “Tottenhem” və “Mançester Siti”dən darmadağın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilib.

Oxu.Az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında oyunlar keçirilib.

A qrupunda “Qalatasaray” turnirin ən titullu klubu “Real”ı qəbul edib. İlk iki turda qələbə üzü görməyən rəqiblərin duelində qonaqlar sevinib – 1:0.

Qrupun digər matçında PSJ səfərdə “Brügge”ni darmadağın edib – 5:0.

B qrupunun lideri “Bavariya” “Olimpiakos”un qonağı olub. Bol qollu matçda Münhen təmsilçisi çətin qələbəyə sevinib – 3:2.

“Tottenhem” də “Srvena Zvezda”ya şans verməyib – 5:0.

C qrupunda itkisiz irəliləyən “Mançester Siti” doğma arenasında autsayder “Atalanta”nı sınağa çəkib. Hesabı qonaqlar açsa da, sonda “şəhərlilər” darmadağına sevinib.

D qrupunda favoritlər “Yuventus” və “Atletiko” ev oyununa çıxıb. Turin təmsilçisi Moskva “Lokomotiv”ini, Madrid klubu isə “Bayer”i məğlub yola salıb.

Çempionlar Liqası 

Qrup mərhələsi, III tur 

22 oktyabr 

A qrupu 

“Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya) 0:1 
Qol: Kroos, 18.

“Brügge” (Belçika) – PSJ (Fransa) 0:5 
Qol: İkardi, 7; 63. Mbappe, 61; 79; 83

B qrupu 

“Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) 5:0 
Qol: Keyn, 9; 72. Min, 16; 44. Lamela, 57.

“Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya) 2:3 
Qol: El Arabi, 23. Gilyerme, 79 – Levandovski, 34; 62. Tolisso, 75.

C qrupu 

“Şaxtyor” (Ukrayna) – “Dinamo” (Xorvatiya) 2:2 
Qol: Konoplyanka, 16. Dodo, 75 – Olmo, 25. Orşiç, 60.

“Mançester Siti” (İngiltərə) – “Atalanta” (İtaliya) 5:1 
Qol: Aquero, 34; 38-pen. Sterlinq, 58; 64; 69 – Malinovski, 28-pen.

D qrupu 

“Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) 1:0 
Qol: Morata, 78.

“Yuventus” (İtaliya) – “Lokomotiv” (Rusiya) 2:1 
Qol: Dibala, 77; 79 – Mirançuk, 30.