Xaçmazda naməlum şəxsi avtomobil vurub öldürdübackend

Xaçmazda naməlum şəxsi avtomobil vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan şəxs yerindəcə dünyasını dəyişib.

Hələ ki şəxsiyyəti müəyyənləşməyən kişinin meyiti Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.