Bakıda mağazadan 8000 manat pul oğurlanıbbackend

Bakıda mağazadan 8000 manat pul oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mağazadan 8000 manat pul oğurlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 22-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Şəmirov cari il sentyabrın 4-dən 25-dək olan müddətdə işlədiyi mağazadan 8000 manatının oğurlanmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindən oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini T.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.