Azərbaycan güləşçisi hərbçilərin Dünya Oyunlarında ermənini yenib medal qazandıbackend

Azərbaycan güləşçisi hərbçilərin Dünya Oyunlarında ermənini yenib medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterppress.az xəbər verir ki, Mikayıl Rəhmanov (-67 kq) bürünc medal uğrunda görüşdə gənclər arasında son dünya çempionatının gümüş medalçısı Şant Xaçatryanla üz-üzə gəlib.

Yunan-Roma güləşi üzrə idmançımız Ermənistan idmançısıyla prinsipial görüşdən 5:0 hesabıyla qalib ayrılaraq Dünya Oyunlarında III yeri tutub.

Qeyd edək ki, daha iki yunan-Roma güləşçimiz – Həsən Əliyevlə (-77 kq) Rafiq Hüseynov (-87 kq) sabah döşək üzərinə çıxacaq.