Səfir: “Aparılan islahatlar Prezident İlham Əliyevin modernləşmə siyasətinin tərkib hissəsidir”backend

Səfir: “Aparılan islahatlar Prezident İlham Əliyevin modernləşmə siyasətinin tərkib hissəsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar Prezident İlham Əliyevin modernləşmə siyasətinin tərkib hissəsidir”.

AZTV.AZ xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin tibb sahəsi üzrə layihə meneceri, həkim Aleksandr Tsvetkovla görüşündə söyləyib.

Səfir qeyd edib ki, Azərbaycanda son illər ən yüksək standartlara cavab verən müalicə müəssisələri inşa edilib, müasir tibbi avadanlıqlar alınıb. Bu gün Azərbaycan səhiyyə sahəsində yeniliklərə açıqdır və hər hansı təklifi müzakirə etməyə hazırdır.

A.Tsvetkov öz növbəsində gördükləri işlərlə bağlı məlumat verərək bildirib ki, Azərbaycanda tibb sahəsində yeni laboratoriya yaratmaq niyyətindədirlər. Bu laboratoriya vasitəsilə fərdi olaraq insanların müalicəsinə hansı dərmanların daha effektli təsir etməsini müəyyən etmək olur. Onkoloji və digər ağır xəstələrə fərdi üsullarla müalicə tətbiqi daha effektli olur. O bildirib ki, şirkət, eyni zamanda, Azərbaycanda istehsal edilən dərmanların lisenziyalaşdırılaraq Avropa bazarlarında satışını təmin edə bilər.