“Qarabağ” Bakıda Kipr çempionundan qisas ala biləcəkmi?backend

“Qarabağ” Bakıda Kipr çempionundan qisas ala biləcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

İnterpress.az xəbər verir ki, Ağdam klubu qrup mərhələsinin III turunda Kiprin APOEL klubu ilə görüşəcək.

Bakıda baş tutacaq görüş həm də revanş xarakteri daşıyır. “Qarabağ” cari mövsüm Çempionlar Liqası ilə məhz APOEL-ə uduzaraq (2:1, 0:2) vidalaşmışdı.

Bu üzdən avrokuboklar tarixində ilk dəfə Azərbaycan klubu eyni mövsümdə bir rəqiblə üçüncü dəfə görüşəcək. Bu da evdə alınan 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün imkan yaradır. Bu matçda komandamız stadiondan tam dəstək alacaq. Çünki arena tam dolu olacaq.

A qrupu

20:55 “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr)
Baş hakim: Filip Qlova (Slovakiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, qrupun digər görüşündə “Sevilya” İspaniyada Lüksemburqun “Düdlanj” klubunu qəbul edəcək.