19 yaşlı hücumçu Çempionlar Liqasında yeni rekod müəyyənləşdiribbackend

19 yaşlı hücumçu Çempionlar Liqasında yeni rekod müəyyənləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriya \”Zaltsburq\”unun futbolçusu Erlinq Holand Çempionlar Liqasının rekordçusu adına yiyələnib.

İnterpress.az-ın məlumatına görə, norveçli hücumçu buna qrup mərhələsinin ardıcıl 3 turunda 6 qol vurmaqla nail olub. 19 yaşlı forvard son olaraq, İtaliya \”Napoli\”si ilə görüşdə (2:3) \”dubl\” edib. O, ilk turda Belçika \”Genk\”ini 3, növbəti turda isə İngiltərə \”Liverpul\”unu 1 dəfə məyus edib.

Əvvəlki rekord Didye Droqbaya məxsus olub. Kot dİvuarlı forvard Fransa \”Marsel\”ində çıxış etdiyi vaxt 2003/2004 mövsümündə ilk 3 tur ərzində 5 dəfə fərqlənib.

Qeyd edək ki, Erlinq Holann Polşada 20 yaşadək futbolçular arasında keçirilmiş dünya çempionatında bombardir olduqdan sonra məşhurlaşıb. O, yalnız bir görüşdə – Hondurasa 12:0 hesabı ilə qalib gəldikləri matçda 9 qol vurub.