FİFA 2021-ci ildə keçiriləcək dünya çempionatının ev sahibini müəyyənləşdiribbackend

FİFA 2021-ci ildə keçiriləcək dünya çempionatının ev sahibini müəyyənləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə keçiriləcək klublararası dünya çempionatının ev sahibi dəqiqləşib.

İnterpress.az-ın məlumatına görə, bu barədə qərar FİFA-nın Şurasında qəbul olunub.

İlk dəfə 24 komandanın iştirak edəcəyi yarış Çində keçiriləcək. Turnir iyun-iyul aylarında baş tutacaq.

Dörd ildən bir təşkil olunacaq çempionatda konfederasiyaların təmsilçi sayı isə hələ dəqiqləşməyib. Bununla bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, 2019 və 2020-ci illərdə Qətərin ev sahibliyi edəcəyi turnirlər köhnə formatla baş tutacaq.