Azərbaycanda dəhşət: oynamaq davası toyu yasa çevirdi – TƏFƏRRÜATbackend

Azərbaycanda dəhşət: oynamaq davası toyu yasa çevirdi – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Zaqatala rayonu Danaçı kəndində 56 yaşlı kişinin qətlə yetirildiyi və oğlunun bıçaq xəsarətləri aldığı hadisənin təfərrüatı məlum olub.

OnlinePress.az xəbər verir ki, hadisə oktyabrın 23-də axşam saat 23:00 radələrində rayonun Danaçı kəndində baş verib.

Belə ki, saat 00:30 radələrində Zaqatala MRX-a ürək nahiyyəsindən bıçaq xəsarəti olan naməlum kişi meyiti gətirilib. Saat 00:50 radələrində hüquq-mühafizə orqanlarına Danaçı kənd sakini, 1991-ci il təvəllüdlü Zutov Həmzət Abakar oğlunun üç bıçaq zərbəsi ilə Zaqatala MRX-a gətirilməsi barədə məlumat daxil olub.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində naməlum kişi meyitinin 1963-cü il təvəlüdlü vvəllər məhkum olunmuş Zaqatala rayon Danaçı kənd sakini Zutov Abakər Salam oğlu olduğu müəyyənləşdirilib.

İlkin istintaq zamanı müəyyən edilib ki, oktyabr ayının 23-də rayonun Danaçı kənd sakini Aydın adlı şəxsin qızının toy mərasimi olub. Mərasimdə kənd sakinləri Zutov Abakər Salam oğlu ilə Ayalov Abdul Rəcəb oğlu arasında toyda musiqi səsləndirilməsi və oynamaqla bağlı mübahisə yaranıb.

Mübahisə zəminində A.Zutovun oğlu Həmzət Zutov A.Ayalovun sifət nahiyəsinə yumruq vuraraq xəsarət yetirib. Toyda iştirak edən şəxslər mübahisənin böyüməsinin qarşısını alıb.

Toydan sonra A.Ayalov xalasının əri ilə birlikdə toy sahibi olan qohumları Aydın adlı şəxsin evinə gedib. A.Ayalov xalasının əri İlyas və əmisi Əhməd adlı şəxslərlə çay içib. Bu zaman A.Zutov oğlu H.Zutov ilə birlikdə saat 23:45 radələrində Aydın adlı şəxsin evinə gəlib və toyda yaranan mübahisəni davam etdirib.

Qarşılıqlı mübahisə zamanı A.Ayalov çay içdikdən sonra stolun üzərində olan mətbəx bıçağını götürərək Abakar Zutova və onun oğlu Həmzət Zutova öldürmək məqsədilə xəsarət yetirib.

Nəticədə, Akabar Zutov hadisə yerində ölüb. Oğlu Həmzət Zutov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib. A.Zutovun ölüm səbəbinin müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilib.

İlkin əməliyyat-istintaq tədbirləri nəticəsində Ayalov Abdul Rəcəb oğlu saxlanılıb və cinayət törətməkdə istifadə etdiyi bıçaq götürülüb.

Faktla bağlı Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başladılıb. İstintaq aparılır.