Bakıda Qoşulmama Hərəkatı sammitinin yekun sənədləri razılaşdırılıbbackend

Bakıda Qoşulmama Hərəkatı sammitinin yekun sənədləri razılaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Qoşulmama Hərəkatının XVIII zirvə görüşünə hazırlıq çərçivəsində nazirlərin görüşü başa çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva jurnalistlərə bildirib.

O deyib: “İnteraktiv formatda keçirilən görüş zamanı nazirlər oktyabrın 25-26-da Bakıda keçiriləcək sammit zamanı dövlət və hökumət başçılarına təqdim olunacaq 4 sənədi müzakirə edərək razılaşdırıblar. Bu sənədlər yekun bəyannamə, Bakı Bəyannaməsi, Fələstinə dair bəyannamə, eləcə də sammitə ev sahibliyi edən ölkəyə təşəkkürnamədən ibarətdir”.