Rusiyada azərbaycanlılardan ibarət dəstə ələ keçdibackend

Rusiyada azərbaycanlılardan ibarət dəstə ələ keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ulyanovsk vilayətində dörd azərbaycanlıdan ibarət cinayətkar dəstə ələ keçib.

interpress.az xəbər verir ki, onlar oktyabrın 4-də biznesmeni oğurlamaqda ittiham edilirlər.

Məlumatlara görə, onlar iş adamını ölümlə təhdid edərək, 100 milyon rubl (2,66 milyon manat – red.) tələb edib.

Qeyd edilib ki, saxlanılanlardan birinin üzərindən tapança aşkarlanıb.

Aparılan araşdırmalar zamanı tutulanlardan birinin oğurluqla əlaqədar Rusiyada əvvəllər məhkumluq həyatı yaşadığı aydınlaşıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.