Bakıda kişi oğurluğa getdiyi evin zirzəmisində öldürüldübackend

Bakıda kişi oğurluğa getdiyi evin zirzəmisində öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 24-də Bakının Yasamal rayonunda oğurluqda şübhəli bilinən şəxs öldürülüb.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayətin günorta saatlarında Murtuza Muxtarov küçəsindəki 185 nömrəli yaşayış binasının zirzəmisində baş verdiyi bildirilir. Belə ki, sözügedən ərazidə 1989-cu il təvəllüdlü Allahyarov Daxil Kamil oğlu döş qəfəsindən bıçaqlanıb. O, hadisə yerində ölüb.

İlkin araşdırma zamanı oğurluqda şübhəli bilinən şəxsin zirzəmidə gizlənmək istəyərkən ev mühafizəçisi tərəfindən bıçaqlandığı məlum olub. Belə ki, hadisə zamanı yaxınlıqda olan gənclərdən biri D.Allahyarovu təqib edib və binanın zirzəmisində onu yaralayıb.

Cinayətdə təqsirləndirilən şəxs tutulub. Adı hələlik açıqlanmır.

Cinayət faktı ilə bağlı rayon prokurorluğu tərəfindən cinayət işi açılıb.

Qeyd edək ki, son 24 saatda Bakıda iki qətl hadisəsi baş verib. Hər iki cinayətdə qurbanlar kişi olub. İkinci ağır cinayət Xətai rayonunda qeydə alınıb.