Pakistan Prezidenti: Qoşulmama Hərəkatının bəzi üzvləri işğaldan əziyyət çəkirbackend

Pakistan Prezidenti: Qoşulmama Hərəkatının bəzi üzvləri işğaldan əziyyət çəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər gün artan terror hücumları bizi çox mürəkkəb vəziyyətə gətirib çıxarıb. Sabitlik sual altındadır. Biz burada gücdən istifadənin, qeyri-sabitliyin şahidi oluruq. Bərabərsizlik, yoxsulluq, iqlim dəyişikliyi bizim ən çox gördüyümüz problemlərdir. İrqçilik, islamafobiyanın şahidi oluruq.

İnterpress.az xəbər verir ki, bunu Pakistan Prezidenti Arif Alvi Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 18-ci Zirvə Görüşündə deyib.

Onun sözlərinə görə, geosiyasi dəyişikliklər, dünyada baş verən parçalanma dövlətlər qarşısında təxirəsalınmaz yeni məqsədlər qoyur:

“Pakistan birmənalı olaraq işğalı pisləyir, beynəlxalq birliyin terrorçuluğa qarşı mübarizəsini dəstəkləyir. Qoşulmama Hərəkatının bəzi üzvləri işğaldan əziyyət çəkir. Kəşmir neçə ildir ki, işğal altındadır.

Kəşmirdə yaşayan əhali əziyyət çəkir. Həmin regionda yaşayan xalqın öz müqəddəratı təyin edilməlidir. Bu regionda terror baş alıb gedir və bu, qəbuledilməzdir”, – deyə o əlavə edib.

Pakistan rəhbəri qeyd edib ki, BMT-nin beynəlxalq hüquq mövqeyindən çıxış edərək ölçülər götürülməlidir:

“Biz həmin yerdə sülhün bərqərar olunması üçün təkliflərlə çıxış etmişik. Biz istərdik ki, Kəşmirdə olan münaqişə sülh yolu ilə öz həllini tapsın. BMT Təhlükəsizlik Şurası Kəşmirlə bağlı 11 qətnamə qəbul edib. Pakistan Qoşulmama Hərəkatının terrorçuluğa qarşı mövqeyini dəstəkləyir.

Pakistan terrorçuluğa qarşı mübarizəni vacib hesab edir. Terrorçuluq əleyhinə beynəlxalq birlik həmrəylik göstərməlidir. Biz terrorçuları beynəlxalq hüquq çərçivəsində cəzalandırmalıyıq”.