ARDNF bu il investisiyaların əksər hissəsini inkişaf etmiş ölkələrə yatırıbbackend

ARDNF bu il investisiyaların əksər hissəsini inkişaf etmiş ölkələrə yatırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin sentyabrın 30-a investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Avropa ölkələri 35,45% təşkil edib.

İnterpress.az-ın ARDNF-in 2019-cu ilin 9 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Asiya-Sakit Okean regionunun payı 33,25%, Şimali Amerika 23,71%, Avstraliya-Yeni Zelandiya 2,12%, Yaxın Şərq 0,7%, Cənubi Amerika 0,05%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 4,72% təşkil edib.

Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə inkişaf etmiş ölkələrin payı 63,85%, inkişaf etməkdə olan ölkələrin payı 31,43%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 4,72% olub.

Bundan başqa, hesabat dövründə ARDNF-in investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətləri 69,6%, səhmlər 13,4%, daşınmaz əmlak 5,6%, qızıl isə 11,4% təşkil edib.

Qeyd edək ki, ARDNF-in cəmi investisiya portfeli 42 524,30 mln. manata çatıb.