Malayziyanın Fələstində səfirlik açmasına İsrail mane olur – RƏSMİbackend

Malayziyanın Fələstində səfirlik açmasına İsrail mane olur – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kütləvi qırğın silahlarının olduğu bəhanə gətirilərək İraqa hərbi müdaxilə edildi. Bu dövlət koalisiya tərəfindən işğal olunub dağıdıldı. Lakin kütləvi qırğın silahı aşkar edilmədikdən sonra İraqın bərpası əvəzinə bu ölkə bölünüb qarət olundu.

İnterpress.az-ın məlumatına görə, bunu Malayziyanın Baş naziri Mahathir Bin Mohamad Qoşulmama Hərəkatının Zirvə Görüşündə deyib.

O bildirib ki, dünya qorxu içində yaşayır və istənilən ölkə təcavüzə məruz qala bilər. Baş nazir qeyd edib ki, birtərəfli hərbi işğal riski hələ də təhlükə olaraq qalmaqdadır.

“Demokratiya adlandırılan anlayış ölkələri tamamilə dağıda bilər. Terrorçuluq inkişaf edir, genişlənir. Dünyanın istənilən ölkəsi hücum obyekti ola bilər. Bu terror aktları müxtəlif qruplaşmalar tərəfindən törədilir. Lakin müəyyən ölkələr də bu terrorlara görə məsuliyyət daşıyır”.

O əlavə edib ki, Fələstin hələ də işğal altındadır.

“İsrail elan edib ki, o, İordan çayının qərb sahilini də anneksiya etmək niyyətindədir. Bir çox Qərb ölkələri İsrailin öz paytaxtını Qüdsə köçürmək qərarını dəstəkləyiblər. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Malayziya da öz növbəsində Fələstində səfirliyini açmaq niyyətindədir. Lakin biz bilirik ki, İsrail buna mane olmağa çalışacaq. Buna görə də biz səfirliyi İordaniyada açacağıq. Qoşulmama Hərəkatı əvvəlki kimi deyil. Biz əvvəllər vahid idik, bir mövqedən çıxış edirdik. Bu gün isə biz bölünmüşük. Bunun səbəbi iqtisadi maraqlar ola bilər. Ya da ölkələr sanksiyalardan çəkinirlər”.