Tovuzda 8000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıbbackend

Tovuzda 8000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

OnlinePress.az-ın məlumatına görə, oktyabrın 18-də Tovuz Rayon Polis Şöbəsinə rayonun Qovlar şəhər sakini ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq oradan 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qovlar şəhər sakini Ayaz Qasımov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı araşdırmalar aparılır.

Tovuzda 8000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb