Premyer Liqada şok nəticə: 0:9backend

Premyer Liqada şok nəticə: 0:9

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasının X turunun açılış matçı sensasion nəticə ilə yadda qalıb.

İnterpress.az xəbər verir ki, “Lester” səfərdə “Sauthempton”un qapısına doqquz cavabsız qol vurub. Bu matçın 12-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Rayan Bertrandın birbaşa qırmızı vərəqə ilə qovulması darmadağında müəyyən qədər rol oynayıb.

İlk hissəsi 0:5 hesabı ilə başa çatan görüşdə Ayose Peres və Ceymi Vardi het-trik edib.

Qeyd edək ki, artıq bir dəfə İngiltərə çempionu olmaqla çoxlarını təəccübləndirmiş “Lester” 20 xalla II sıraya yüksəlib.