Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Trampın dövründə ABŞ-ın büdcə kəsiri 1 trilyon dollara çatıb – son 7 ilin rekordu

Son maliyyə ilində ABŞ-ın büdcə kəsiri təxminən 1 trilyon dollara qədər artıb.

Dərc edilib: 26 oktyabr 2019 [09:58]
Baxış sayı: 1420

Son maliyyə ilində ABŞ-ın büdcə kəsiri təxminən 1 trilyon dollara qədər artıb.

Bu barədə “Bloomberg” ölkənin Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Həmçinin, büdcə kəsiri ölkə prezidenti Donald Tramp vergiləri azaltdıqdan və xərcləri artırdıqdan sonra 2012-ci ildən etibarən ən yüksək səviyyəyə çatıb.

Bir müddət əvvəl isə “The New York Times” bildirmişdi ki, dövlət borcuna xidmət xərclərini azaldan faiz dərəcəsinin aşağı düşməsi baş verməsəydi, göstəricilər daha yüksək olardı. Nəşrin məlumatına görə, bu, 2017-ci ildən sonra vergitutmanın azaldılması, eləcə də mülki və hərbi diskresion daxili xərclərin artırılması haqqında qanunlar qüvvəyə mindikdən sonra baş verib.

Respublikaçıların vədlərinə baxmayaraq, vergilərin azaldılması özünü doğrultmadı.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201