Karateçilərimiz  Çilidəki dünya çempionatında dörd medal qazandıbackend

Karateçilərimiz Çilidəki dünya çempionatında dörd medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çilinin paytaxtı Santyaqoda karate üzrə yeniyetmələr, gənclər və 21 yaşadək idmançıların XI dünya çempionatının üçüncü yarış günü millimiz dörd medal qazanıb.

İnterpress.az  xəbər verir ki, 16-18 yaşlı karateçilərdən ibarət milli komandamızın üzvlərindən Hüseyn Məmmədli (-61 kq) gümüş mükafata, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə (-76 kq) və Polina Qurenko (-53 kq) isə bürünc medala sahib olub.

Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq) və üç görüşünü qələbə ilə başa vuran Ayla Rzazadə (-59 kq) yaxşı təsir bağışlasalar da, medalçılar arasına düşə bilməyib.