Fələstin Dövlətinin Xarici İşlər naziri: “Fələstinin mövcudluğu təhlükə altına düşüb”backend

Fələstin Dövlətinin Xarici İşlər naziri: “Fələstinin mövcudluğu təhlükə altına düşüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fələstin problemi ağır olaraq qalır, beynəlxalq hüququn norma və prinsipləri bu problemin həllində nəzərə alınmır”.

İnterpress.az-ın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Fələstin Dövlətinin Xarici İşlər naziri Riyad əl-Maliki bildirib.

O qeyd edib ki, Fələstinin mövcudluğu təhlükə altına düşüb: “BMT Nizamnaməsinə, qəbul edilən qərarlara baxmayaraq, İsrail iki dövlətin yanaşı olmasını təhlükə altında qoyan addımlar atır, qanunsuz məskunlaşdırma siyasəti aparır. Beynəlxalq hüququn tələbləri yerinə yetirilmir və bu, gələcəkdə daha böyük təhlükə yarada, milyonlarla müsəlman, yəhudi və xristian arasında uçuruma səbəb ola bilər. Fələstinin hüquqları danılmamalı, qəbul edilməlidir. Beynəlxalq aləm İsrailin hərəkətlərinə qarşı səssiz qalır. İsrail tərəfindən Qüdsün tam ələ keçirilməsi problemin siyasi yolla həllinin qarşısını alır. Beynəlxalq hüquq bərpa olunmalıdır. Belə olmasa, gələcəkdə normal həyat tərzi haqqında danışmağımız mümkün olmayacaq. Fələstin Prezidenti Mahmud Abbas təklif edib ki, siyasi etimad prosesi başladılsın. Çünki hazırda işğal edilmiş ərazilərdə vəziyyətdə çox həssasdır. Həmin ərazilərdə sülh quruculuğu işləri aparılmalıdır. Belə olan halda İsrailin Fələstinə təzyiqinin qarşısını almaq olar”.

Riyad əl-Maliki qeyd edib ki, Fələstin Qoşulmama Hərəkatının üzvü kimi üzərinə düşən vəzifəni yerinə yetirəcək, Hərəkatın prinsiplərindən çıxış edəcək.